Bakı, Sumqayıt və Abşeronda sərt karantin rejimi avqustun 31-dən sonra da davam edəcək

134

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda sərt karantin rejiminin tətbiqi avqustun 31-dən sonra da davam edəcək.

SosialMedia.az-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, qeyd olunan ərazilərdə yoluxma halları yüksək olduğu üçün bəzi məhdudiyyətlər tətbiq olunaq.

Virusa yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları isə 31 avqust tarixdən etibarən sərt karantin rejimi zonasından çıxarılır.