Soyuq silahın qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alındı – FOTO

163

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 5 fakt üzrə dərman preparatları, siqaretlər, avtomobil ehtiyat hissəsi və soyuq silahın qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Bu barədə SosialMedia.az məlumat yayıb.

Bildirilib ki, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstan istiqamətindən gələn, iki ədəd “DAF”, iki ədəd “Mercedes-Benz” və “Ford F-max” markalı yük nəqliyyat vasitələri saxlanılıb.

Qeyd olunub ki, gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, bir ədəd beşbarmaq, 36 qutu dərman preparatı, bir ədəd avtomobil ehtiyat hissəsi, ümumilikdə 1400 ədəd “Marlboro” markalı siqaret aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.