Azərbaycanda daha bir DƏHŞƏT: ər arvadını balta ilə…

299

Sabirabadda ər arvadını balta ilə qətlə yetirib.

SosialMedia.az-ın Mil-Muğan bürosunun məlumatına görə, qətl hadisəsi Sabirabad rayonunun Hacıbəbir kəndində qeydə alınıb. Həmin kəndin sakini, 46 yaşlı Məmmədov Eyvaz Xeyrulla oğlu qısqanclıq zəminində həyat yoldaşı, 41 yaşlı Məmmədova Təranə Həmid qızına baş nahiyəsindən 3 balta zərbəsi vuraraq qətlə yetirib. Onların birgə nikahından 2 övladı var.

E. Məmmədov saxlanılıb.

Faktla bağlı Sabirabad prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.