Karantin rejimi nə vaxt tam ləğv olunacaq?

143

Ölkəmizdə karantin yalnız ÜST-ün məsələ ilə bağlı raport verdiyi zaman tam ləğv oluna bilər.

Sosialmedia.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında professor Adil Qeybulla karantin rejiminin tam ləğvi ilə bağlı müzakirələr haqda danışarkən deyib. O bildirib ki, hazırda sərt karantin rejiminin tədricən yumşaldılmasını müşahidə edirik:

“Amma qapalı məkanlarda tibbi maskanın istifadəsi və insanların sıxlığı müşahidə olunan yerlərdə sosial məsafənin qorunması kimi karantin davranış qaydaları qalmaqdadır. Ümumilikdə isə karantin ÜST-ün infeksiyanın yekunlaşmasını elan edəcəyi təqdirdə tam ləğv oluna bilər”.

A.Qeybulla deyib ki, müxtəlif ölkələrdə tətbiq edilən sərt karantin rejiminin nəticələri ortadadır:

“Bizdə də sərt karantin tətbiq olundu və bəhrəsini gördük. Amma qaydalara əməl etməliyik, əks halda yenidən sərt karantinlə üzləşə bilərik”.