Əliyevdən yunan nazirə açıq mesaj

133

Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın Prezident İlham Əliyevin yunan səfirlə görüşdə açıq şəkildə Türkiyəni dəstəkləməsini bəyan etməsinə münasibət bildirib.

Sosialmedia.az xəbər verir ki, o, sosial media hesabında İlham Əliyevin Türkiyə barədə yunan nazirlə çıxışından bir hissə paylaşaraq qeyd yazıb.

“Tək millət, iki dövlət, bütün dünyaya örnək”, – sözlərini qeyd edən İ.Qalın Türkiyənin də Azərbaycanın yanında olduğuna işarə edib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstanın ölkəmizdəki səfirini qəbul edərkən, bir çox məsələləri açıq müzakirə edib, eyni zamanda Şərqi Aralıq dənizindəki gərginlikdə Bakının Türkiyəni müdafiə etdiyini açıq şəkildə bildirib.