Qadın aptekdə bıçaqlandı

177

Mingəçevirdə bıçaqlanma faktı qeydə alınıb.

SosialMedia.az-ın Mingəçevir bürosunun məlumatına görə, naməlum şəxs Heydər Əliyev prospekti 21 ünvanında yerləşən aptekdə işləyən 40 yaşlı Könül Mirzəəliyevanı iş yerində bıçaqlayıb və hadisə yerindən qaçıb.

Qadın xəstəxanaya çatdırılıb, durumu ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanılıb.