Sumqayıt şəhəri və yaxın bölgələrdə insan alverinin qurbanı olmuş şəxslərin sosial reablitasiyası davam edir

250

“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin tərəfdaşlığı ilə “Sumqayıt şəhəri və yaxın bölgələrdə insan alverinin qurbanı olmuş, ehtimal olunan qurbanların sosial reablitasiyalarına dair tədbirlərin təşkili” layihəsinin icrasına iyul ayından başlayıb və hal-hazırda uğurla davam etdirir.

Bu barədə Sosialmedia.az-a Birliyin mətbuat xidmətindən bildirilib. Layihənin icrası başlandığı müddətdən ümumilikdə 98 nəfər Mərkəzə müraciət edib. Layihə çərçivəsində müraciət edən şəxslərə psixoloji,hüquqi, sosial,pedoqoqji yardımlar göstərilir.

Dünyada epidemioloji vəziyyətlə əlaqədar elan edilmiş pandemiya ilə əlaqədar müraciətlərin bəziləri online rejimdə həyata keçirilir. Müraciət edənlərə Online rejimdə keyfiyyətli hüquqi, psixoloji xidmətlər göstərilir.

Hüquqi xidmət göstərilən şəxslərdən 6 nəfərə qısamüddətli və uzunmüddətli mühafizə orderinin verilməsinə nail olunmuşdur. Bu müraciətlər üzrə məhkəmə proseslərinin gedişatı izlənilmiş, vəsatətlər və ərizələrin hazırlanmasında da köməklik göstərilmişdir.
Müraciət edən şəxslərə davamlı və keyfiyyətli psixoloji xidmətin göstərilməsi təmin edilir.

Psixoloji xidmətin davamlığının və keyfiyyətinin təsirinin təmin edilməsi üçün müraciət edənlərin yaxın qohumlarına da xidmətlərin göstərilməsi həyata keçirilir.

Müraciət edənlərdən 5 nəfər məişət zorakılığının 1 nəfər isə seksual sorakılığın qurbanı aşkar edilmişdir. Bu şəxslərin hər birinə keyfiyyətli və davamlı xidmətlər göstərilmişdir.

Layihə çərçivəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sumqayıt şəhər İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq davam etdirilir.

Layihə çərçivəsində Zenfira Mustafayeva “Dünya TV” telekanalında insan alveri, boşanmalar, məişət zorakılığı, ailə dəyərləri,erkən nikahlar və s. mövzularda mütamadi olaraq ekspert qismində çıxışlar edir.