“İsmayıllı Yazarlar ədəbi ” İctimai Birliyi ““Mərhəmət” sənədli filminin çəkilməsi layihəsinə start verdi

268

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2020-cu il üçün elan etdiyi 7-ci qrant müsabiqəsi çərçivəsində qalib olan “İsmayıllı Yazarlar ədəbi” İctimai Birliyi layihəsinin icrasına start verib.

Sosialmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə adıçəkilən Qeyri-Hökumət Təşkilatı “Ermənistan – Azərbaycan arasında əsir və girovların azad edilməsi barədə “Mərhəmət” adlı sənədli filmin çəkilməsi” layihəsi çərçivəsində eyniadlı sənədli film üzərində işləyir.

Sənədli film ulu öndər Heydər Əliyevin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində əsir və girov götürülmüş vətəndaşlarımızın azad olunması istiqamətində həyata keçirdiyi yorulmaz fəaliyyətindən bəhs edir. Sənədli filmdə tanınmış dövlət və ictimai xadimlər öz xatirələrini və fikirlərini bölüşəcəklər.

“İsmayıllı Yazarlar ədəbi ” İctimai Birliyinin icra etdiyi layihənin rəhbəri Etibar Məmmədov bildirib ki, hazırlıq işləri artıq tamamlanıb, çəkiliş qrupu formalaşdırılıb və yaxın vaxtlarda sənədli filmdə iştirak edəcək respondentlərdən müsahibələrin alınmasına başlanacaq.