Adil Əliyev: “Biz rəsmi məlumatların təbliği ilə məşğul olmalıyıq”

279

“Son zamanlar ordumuzun fəaliyyəti, cəbhə bölgəsi ilə bağlı bir çox məsələlərlə bağlı rəsmi qurumlar tərəfdən məlumatlar yayılmadan qeyri-rəsmi informasiyaların yayılmasının şahidi oluruq”.

SosialMedia.az-ın məlumatına görə, bunu Milli Məclisin Gənclər və İdman komitəsinin bugünkü iclasında komitə sədri Adil Əliyev deyib.

O bildirib ki, ordumuzun fəaliyyəti, cəbhədəki vəziyyətlə bağlı aidiyyəti qurumların məlumatları işıqlanmadan həmin məlumatların yayılmasının qarşısını almaqla bağlı müəyyən işlər görülməlidir: “Daimi olaraq düşmən təxribatı ilə üzləşirik. Biz dövlətin rəsmi məlumatlarına inanıb, onların təbliği ilə məşğul olmalıyıq”.