QHT həssas qruplarla layihəni başa vurdu

149

Azərbaycan Respublikasinin Prezidenti yaninda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasinin yardımı ilə “Miqrasiya Proseslərinin Tədqiqi” ictimai birliyi COVİD- 19 Koronavirus Pandemiyası ilə əlaqədar tətbiq olunmuş karantin dövründə “ Pandemiya dövründə miqranlara dəstək”adlı layihə icra etdi.

Bu barədə sosialmedia.az-a “Miqrasiya Proseslərinin Tədqiqi” ictimai birliyinin sədri, Layihə rəhbəri Fəridə Hicranın məlumat verib. Onun sözlərinə görə,layihə vasitəsilə aztəminatlı ailələrə Ağdam rayonunun Quzanlı qəsəbəsində , Bərdə və Ağcabədi rayonları ətrafında yerləşən qaçqın və s.ərazilərdə məskunlaşmış ailələrlə səfərlər təşkil edildi . 100 ailəyə ərzaq yardımı çatırıldı. Pandemiyayla bağlı təbligat işləri aparıldı.

Yardımlar bütün gigiyenik qaydalara əməl olunaraq icra olundu. Layihə rəhbəri Fəridə Hicranın qeyd etdiyinə görə müşahidələr göstərir ki, artıq aylardır tügyan edən COVİD-19 Koronavirus Pandemiyası ilə bağlı bəzi vətəndaşlar hələ də qaydalara əməl etmirlər. Onlarla söhbətlər aparılıb. “Miqrasiya Proseslərinin Tədqiqi” ictimai birliyinin sədri Fəridə Hicran layihənin icra edildiyi müddətdə dəstək olan bütün media qurumlarına minnətdarlığını bildirir.