Azərbaycan ermənilərin budəfəki hücumuna çox sərt şəkildə cavab verdi

119

Azərbaycan ermənilərin budəfəki hücumuna çox sərt şəkildə cavab verdi.

Sosialmedia.az xəbər verir ki, bunu türkiyəli politoloq Enes Bayraqlı deyib.

“Azərbaycan gün keçdikcə iqtisadi cəhətdən inkişaf edən ölkədir. Son 15 il ərzində isə orduya çox böyük maliyyə ayrılıb. Demək olar ki, ordu tamamilə yenilənib. Rəsmi Bakı həmişə danışıqların tərəfdarı olub. Ancaq son hücumlara çox sərt şəkildə cavab verdi. Azərbaycan 27 ildən sonra ilk dəfə bu formada addım atır”, – politoloq bildirib.