Azərbaycanda fəaliyyət göstərən qeyri hökumət təşkilatları Ermənistanın Azərbaycanın mülki və sənaye obyektlərinə qəsdən hücumları ilə bağlı BMT-nin Baş katibi Antonio Quterreşə, ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin Prezidentlərinə – Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə, Fransa Respublikasının Prezidenti Emanuel Makrona müraviət ünvanlayıblar.
SosialMedia.az-ın məlumatına görə, müraciətdə deyilir:
“Dərin narahatlıq və narazılıq hissi ilə, biz, Azərbaycan QHT-ləri, Ermənistanın Azərbaycana qarşı cari ilin sentyabrın 27-də başlatdığı hərbi təcavüzü ilə bağlı Sizə müraciət edirik. 6 oktyabr 2020-ci il tarixinə olan məlumata görə, Ermənistanın hücumları nəticəsində 27 azərbaycanlı mülki şəxs həlak olub, 141 nəfər yaralanıb, 500-dən çox yaşayış binası və mülki obyekt isə dağıdılıb.
Biz, təəssüflə Ermənistanın 1949-cu il Cenevrə Konvensiyası da daxil olmaqla beynəlxalq humanitar hüquq norma və prinsiplərini kobud şəkildə pozaraq Gəncə, Mingəçevir, Bərdə, Beyləqan, Xızı, Abşeron və azərbaycanlı mülki əhalinin sıx məskunlaşdığı digər şəhər və kəndlərimizə hücumlar edərək münaqişənin miqyasını və coğrafiyasını açıq şəkildə genişləndirmək cəhdlərinə diqqətinizi çəkmək istərdik.
Oktyabrın 4-də Ermənistanın hərbi qüvvələri, müvafiq beynəlxalq konvensiyaların qadağan etdiyi kasetli bombalardan istifadə edərək, münaqişə bölgəsindən 60 kilometr məsafədə yerləşən, 500 min nəfərdən çox əhalisi olan Azərbaycanın ikinci böyük şəhəri, Gəncəni bombaladı.
Elə həmin gün təcavüzkar Ermənistan həm də Azərbaycanın əsas sənaye mərkəzlərindən biri olan Mingəçevir şəhərinə qarşı raket hücumuna başladı. Cənubi Qafqaz regionunun ən böyük hidroelektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasının (SES) Ermənistan tərəfindən hədəfə alınması SES-in məhv edilməsinə gətirib çıxararaq Azərbaycanın və qonşu ölkələrin əhaliləri üçün humanitar fəlakətə səbəb ola bilərdi ki, bu da insanlığa qarşı açıq bir cinayətdir.
Yuxarıda göstərilən faktları nəzərə alaraq, biz, Azərbaycan QHT-ləri adından Sizə müraciət edərək Birləşmiş Millətlər Təşkilatını Ermənistandan Azərbaycan xalqına qarşı təxribat xarakterli hərbi əməliyyatlar və hərbi cinayətlərin törədilməsini, Ermənistanın sənaye obyektlərimizə hücumlarını dayandırmağı tələb etmək və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə uyğun olaraq Ermənistanı hərbi qüvvələrini Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarmağa məcbur etmək məqsədilə praktik və nəticə yönümlü addımlar atmağa çağırırıq.
Ermənistanın Azərbaycana qarşı son hərbi cinayətlərinə dair məlumatları əks etdirən infoqrafika müraciətə əlavə edilir”.
Müraciət Azərbaycanın 45 QHT-si tərəfindən imzalanıb:
1.
Rauf Zeyni
Milli Qeyri-Hökumət Təşkilatları Forumu
2.
Sabit Bağırov
Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu
3.
Umud Mirzəyev
Beynəlxalq Avrasiya Mətbuat Fondu
4.
Əliməmməd Nuriyev
Konstitusiya Araşdırmalar Fondu
5.
Sahib Məmmədov
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası
6.
Novela Cəfərova
D.Əliyeva adina Azərbaycan Qadinlarının Hüququnun Müdafiə Cəmiyyəti
7.
Səadət Bənənyarlı
“Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” ictimai birliyi
8.
Səltənət Qocamanlı
İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi
9.
Qorxmaz İbrahimli
Biosfer İctimai Birliyi
10.
Əvəz Həsənov
Humanitar Tədqiqatlar İctimai Birliyi
11.
Əziz Ələkbərov
Azərbaycan Qaçqınlar Cəmiyyəti İctimai Birliyi
12.
İsrayıl İsgəndərov
“Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi
13.
Vüqar Bayramov
İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyi
14.
Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqlari Komitəsi
15.
Məhərrəm Zülfüqarlı
İctimai Problemlərin Tədqiqi Assosiasiyası
16.
Kamil Səlimov
“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” ictimai birliyi
17.
Fuad Məmmədov
“Simurq Azərbaycan Mədəniyyət Assosiasiyası”
18.
Eyyub Hüseynov
“Azad İstehlakçılar” İctimai Birliyi
19.
Tənzilə Rüstəmxanlı
Azəri Türk Qadinlar Birliyi
20.
Mirvari Qəhrəmanova
Neftçilərin Hüqularını Müdafiə Təşkilatı İctimai Birliyi
21.
Şəmistan Əlizamanlı
“Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi
22.
Akif Nağı
Qarabağ Azadlıq Təşkilatı İctimai Birliyi
23.
Osman Gündüz
Multimediya Sistemləri İctimai Birliyi
24.
Mayis Əliyev
Sosial Hüquqların Araşdırılması
25.
İradə Rizazadə
“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi
26.
Bahar Qasımova
“Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyi
27.
Məlahət İbrahimqızı
“Lider Qadınlar” İctimai Birliyi
28.
Fizüli Rzaquliyev
Vətən Müharibəsi Veteranları İctimai Birliyi
29.
Mehdi Mehdiyev
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi
30.
Mehriban Zeynalova
Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi
31.
Əhməd Abbasbəyli
“Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyi
32.
Nəsiman Yaqublu
Tarix və Mətbuat Araşdırmalarına Dəstək
33.
Şahin Rəcəbov
“Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” ictimai birliyi
34.
Aydın Əbilov
“Yeni Yazarlar və Sənətçilər” İctimai Birliyi
35.
Fikrət Yusifov
Ekonomiks Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi
36.
Elçin Hüseynov
“Azərbaycan Yazarlar Klubu” İctimai Birliyi
37.
Aydın Kərimov
Müstəqil Hüquq Mərkəzi
38.
Əhməd Qəşəmoğlu
Tərəqqi və Demokratiya İctimai Birliyi
39.
Hafiz Həsənov
Hüquq və İnkişaf İctimai Birliyi
40.
Mirəli Hüseynov
Demokratiyanı Öyrənmə İctimai Birliyi
41.
Şəmsəddin Əliyev
Polisə Dəstək İctimai Birliyi
42.
Asif Əsgərli
Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı
43.
Emin Həsənli
Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi
44.
İlqar Orucov
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti İctimai Birliyi
45.
Ramil İsgəndərli
“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi