QHT Pandemiya ilə bağlı maarifləndirmə tədbirləri və aztəminatlı ailələrə humanitar yardım kompaniyasını başa çatdırdı

218

Ekoloji Maarifçilik və Monitoriq İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ‘’COVİD 19 Pandemiyası dövründə əhalinin sağlamlığı ilə bağlı maarifləndirilmə kompaniyasının aparılması və əhalinin aztəminatlı təbəqəsindən olan ailələrə humanitar yardımların göstərilməsi’’ layihəsinin icrasını başa çatdırdı.

Bu barədə Sosialmedia.az-a Biriyin mətbuat xidmətindən bildirilib. Layihə çərçivəsində əhali arasında Covid 19 Pandemiyası ilə bağlı məlumatları və koronavirus infeksiyasından qorunma metodlarını özündə əks etdirən bukletlər paylanmışdır. Eyni zamanda əhalinin aztəminatlı təbəqəsindən olan 29 ailələyə humanitar yardımlar göstərilmişdir. Humanitar yardım hər zamanki metodlardan fərqli olaraq ehtiyacı olan ailələrə poçt vasitəsi ilə maliyyə kuponlar şəkilində çatdırılmışdır. Yardım alan ailələr bu şəkildə edilən yardımdan xüsusi ilə razılıq etmişlər, belə ki maliyyə kuponları ilə onlar ailədə lazım olan ehtiyaclarını daha rahat qarşılıya bildiklərini söyləmişlər.