ABŞ-da Prezident seçkilərinin ilkin nəticəsi açıqlanıb

246

ABŞ-da Prezident seçkilərinin ilkin nəticəsi açıqlanıb.

Sosialmedia.az xəbər verir ki, Tramp İndiana ştatında səslərin 1 faizinin hesablanmasından sonra 72 faiz səs toplayıb.

Bu barədə məlumat yayan “Foks Nyus” Trampın Kentukki və Nyu-Qempşirdə də liderlik etdiyini elan edib.

***

Hazırki Prezident Donald Tramp İndiana ştatında üstünlüyünü qoruyur. Belə ki, səslərin 50 faizinin nəticəsinə əsasən, Tramp 60 faiz səs toplayıb.

Onun Şimali Dakota, Arkanzas, Florida, Kanzas, Luiziana, Şimali Karolina, Kanzas, Kentukki, Tennesi, Alabama, Missisipi, İdaho və Oklahomada səs sayına görə öndə olduğu bildirilib.

Tramp özü də açıqlamasında Vayominq, Şimali və Cənubi Dakotada keçirilən səsvermələrdə qalib olduğunu bəyan edib.

Baydenin isə Nyu York, Nyu Cersi, Men, Massaçusets, Rod-Aylen, Miçiqan, Texas, Pensilvaniya, Nyu-Meksika, Vaşinqton, Kaliforniya, Oreqon və Koloradoda rəqibini qabaqladığı elan edilib.

Qeyd edək ki, səsvermə prosesi hələ də davam edir.