NATO-dan Lukaşenkoya cavab: Bu, bəhanədir!

153

NATO Belarus Prezidenti Aleksandr Lukaşenkonun ittifaqın Belarus torpaqlarını ələ keçirmək üçün hərbi qruplaşma yaratdığına dair ittihamlarını rədd edir.

Sosialmedia.az xəbər verir ki, bu barədə NATO-dan yayılan bəyanatda qeyd olunub.

Bildirilib ki, Alyansın fəaliyyətləri tamamilə müdafiə xarakteri daşıyır.

“NATO Belarus üçün hərbi təhdid təşkil etmir və regionda qüvvələrini genişləndirmir. NATO-nun hərəkətləri tamamilə müdafiə xarakterlidir və heç kim dinc etirazçılara qarşı repressiyalar bəhanəsi ilə ittifaqın hərbi gücünün artırılması ittihamlarından istifadə etməməlidir”, – bəyanatda qeyd olunub.