DİN-dən vətəndaşlara xəbərdarlıq

178

Daxili İşlər Nazirliyi (DİN) xüsusi karantin rejimi qaydalarına ciddi əməl olunması ilə bağlı vətəndaşlara müraciət edib.

Sosialmedia.az DİN-in mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, müraciətdə virusa yoluxan şəxslərin ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, xüsusi karantin rejimi qaydalarını pozaraq yaşayış yerlərini tərk etməsi hallarının müşahidə olunduğu vurğulanıb.

Qeyd olunub ki, dekabrın 9-da polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublikamızda əhalinin intensiv hərəkət etdiyi, ictimai yerlərdə 25 nəfər aktiv COVID-19 xəstəsi müəyyənləşdirilərək saxlanılıb. Görülən tədbirlərlə həmin şəxslər evə qaytarılıblar.

Onlardan 21 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.

DİN bir daha vətəndaşlarımızı xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırır.