Mustafa Şentop Azərbaycan xalqını təbrik etdi

122

Vətənin bütövlüyü hərəkatında böyük qələbə qazanan Can Azərbaycanın Zəfər gününü təbrik edirəm. Qarabağa Azərbaycan bayrağı sancmaq, zülmə və işğala son vermək üçün şəhadətə qovuşan 2783 qəhrəmanımıza Allahdan rəhmət diləyirəm. Biz bir millət, iki dövlətik!

Sosialmedia.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Bakıda keçirilən Zəfər paradı ilə bağlı bu təbrik sözlərini Tvitter hesabında paylaşıb.

Parlamentin sədri Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər paradının tribunasından birgə fotolarını da paylaşıma əlavə edib.