Türkiyə MN Bakıda keçiriləcək Zəfər paradı ilə bağlı paylaşım edib

174

“Tək Vətən Hərəkatını uğurla icra edən və Qarabağda böyük zəfər qazanan azərbaycanlı qardaşlarımızı təbrik edirik”.

SosialMedia.az-ın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bu gün Bakıda keçiriləcək Zəfər paradı ilə bağlı “Twitter”dəki paylaşımında bildirilib.

“Bakıdakı hərbi paradda iştirak edən qəhrəman Ordularımızın əsgərlərini qürurla salamlayırıq. 2 783 şəhidimizə Allahdan rəhmət diləyirik”, – deyə qeyd olunub.