Erməni müxalifəti Paşinyanın devrilməsinə start verir

130

İrəvanda erməni müxalifəti ümummilli tətil və kütləvi etiraz aksiyaları təşkil etmək niyyətindədir.

Sosialmedia.az xəbər verir ki, müxalifətin aksiyası yerli vaxtla 12:00-da başlayacaq. Aksiya zamanı müxalifətin yolları bağlayacağı və çadırlar quracağı bildirilib.

Etiraz aksiyasının xüsusilə Respublika meydanında keçirilməsi nəzərdə tutulub. Müxalifətin meydanı Nikol Paşinyan istefa verməyənə qədər tərk etməyəcəyi vurğulanıb.