Azərbaycanın bu ölkə ilə ticarət əlaqəsi 52 milyon dollar olacaq

139

Dövlət Gömrük Komitəsi tərəfindən dərc olunmuş 2020-ci il yanvar-oktyabr ayları müddətinə aid son rəqəmlərə əsasən, Meksika-Azərbaycan ikitərəfli ticarəti 43,7 milyon dollara bərabərdir, bu isə Meksikanı Latın Amerikası ölkələri arasında Azərbaycanın ikinci ticari tərəfdaşı kimi qərarlaşdırır.

Sosialmedia.az bildirir ki, Meksikanın Azərbaycandakı səfirliyindən Axar.az-a verilən məlumata görə, ümumilikdə, sözügedən müddət ərzində Meksika Azərbaycan tərəfindən idxal olunan məhsulların mənşə ölkələri sırasında 29 yeri, Azərbaycan ixracının istiqamət ölkələri sırasında isə 73 yeri tutur.

Sözügedən müddətdə Meksika məhsullarının Azərbaycana ixracı $43,5 milyon dollar həcmində idi, bu isə öncəki aya münasibətdə 5% artım, 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə 4.4% azalma deməkdir. Bu müsbət tendensiyanın qorunub-saxlanacağı təqdirdə 2020-ci ilin sonu üçün Meksika ilə Azərbaycan arasında ticarətin 2019-cu ildə qeydə alınmış rəqəmlərə (52,3 milyon dollar) çatacağı gözlənilir.