“Neptun”u oğurlamaq istəyən 11 rus agent saxlanıldı

187

Ukrayna Təhlükəsizlik Xidməti ölkənin gizli “Neptun” raketinin çertyojunu oğurlamağa və Rusiyaya göndərməyə cəhd edən agentlər qrupu aşkar edib.

Sosialmedia.az xəbər verir ki, bu barədə Ukrayna TX məlumat yayıb.

Məlumatda dörd casus şəbəkəsinin sıradan çıxarıldığı və 11 rus agentinin saxlanıldığı deyilib.

Qeyd edək ki, “Neptun” raketi Ukraynanın “super silahı” sayılır.