Türkiyəyə bu səbəbdən dolayı minnətdarıq

126

Xüsusilə qeyd etmək istəyirəm ki, pandemiya ilə mübarizədə Türkiyə bizə müstəsna yardımlar etdi. Qonşumuza xüsusi minnətdarlıq edirəm.

Sosialmedia.az xəbər verir ki, bu açıqlama ilə Gürcüstan xarici işlər naziri David Zalkaliani çıxış edib.

Türkiyə ilə Gürcüstan arasındakı ikitərəfli əlaqələrin çox yaxşı olduğunu söyləyən Zalkaliani münasibətlərin inkişaf etdiyini bildirib:

“Türkiyə ilə Gürcüstan iki qonşu, dost və strateji ortaq ölkələrdir. Bu il COVİD-19 pandemiyasına baxmayaraq, münasibətlər son dərəcə əhəmiyyətli şəkildə genişləndi”.