DİN əməliyyat keçirdi: saxlanılan var

202

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları növbəti əməliyyat keçirib.

Sosialmedia.az bildirir ki, Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Terequlovun yaşadığı evdən “Marqolin” markalı tapança, 1 904 ədəd patron və 2 ədəd pnevmatik tapança aşkar edilərək götürülüb.