Ermənilərin Cəbrayılda dağıtdıqları qəbirlər

130

İşğaldan azad edilmiş ərazilərdə daha bir erməni vandalizminin üstü açılıb.

Sosialmedia.az bildirir ki, Report-a istinadən xəbər verir ki, bu dəfə onların işğaldan azad olunmuş Cəbrayıl rayonunda qəbirləri dağıtdıqları məlum olub.

Tanınmış jurnalist, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) mətbuat katibi Mehman Mehdiyev qeyd edib ki, Cəbrayılın Nüzgar kəndində doğmalarının məzarları dağıdılıb:

“Erməni vəhşiliyi nəticəsində əmim, babam və digər doğmalarımın qəbirləri dağıdılıb. Əmim Mehdiyev Salman Ağamalı oğlunun və Babam Mehdiyev Ağamalı Rüstəm oğlunun dağıdılmış məzarlarının görüntüləri məndədir. Həmin məzarlıqda yüzlərlə belə dağıdılmış qəbir var”.

Xatırladaq ki, Nüzgar kəndi 44 günlük Vətən müharibəsinin ilk günü – sentyabrın 27-də işğaldan azad edilib.