Türk PUA-ları Avropanı fəth edir – Ekspert

222

Türkiyə pilotsuz uçuş aparatları istehsalında dünya arenasında həqiqətən də olduqca yaxşı mövqeyə yüksəlib.

Sosialmedia.az xəbər verir ki, bu sözləri türkiyəli hərbi ekspert Anıl Şahin deyib.

“Türkiyənin bu yöndə layihələri Avropa ölkələrinin də diqqətini çəkir. Avropada “EuroMale” adlı PUA layihəsi var. Bu layihənin dəyəri, oraya qoyulan investisiyalar artıq 200 milyon avronu ötüb. Bu, nəhəng məbləğdir və lahiyə iştirakçısı olan ölkələr artıq narahat olmağa başlayıb. Türkiyənin isə bu sahədə fəaliyyəti sürətlənir, ixrac da artır. Bizim çəkdiyimiz xərclər digər platformalara nisbətdə daha az olacaq. Almaniya “Akıncı” və “Aksunqur” kimi PUA-lara maraq göstərə bilər. Çünki “EuroMale”də də cüt mühərrik var, elə “Akıncı” və “Aksunqur”da da… Hər ikisi Avropanın tələblərinə cavab verir, havada qalmaq müddəti yüksəkdir. İdxal baxımından olmasa belə, texnoloji yöndən Almaniyanın buna maraq göstərəcəyinə inanıram. Burada tək müəyyənedici vasitə var, o da diplomatiyadır”, – deyə ekspert bildirib.