QHT sədrindən minnətdarlığ -Mətanət Əsgərqızı yazır

252

Hər zaman razı qaldığım qurumlardan biri Dövlət Yol Polisidir. Sosialmedia.az xəbər verir ki,bu sözləri müstəqil jurnalist,”Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı öz feysbuk səyfəsində qeyd edib.

Yol qəzaları, hadisələrdə görürsən ki, onlar olmasa avtoş qaqaşlar, savadsız sürücülər yerindəcə sənin həyatına son qoyar. Doğrusu DYP- da da işinə adekvat olmayanlar var.

Amma şükür ki, onlar barmaqla sayılandı.Dünən maşınımı texniki baxışdan keçirmək üçün Baş Dövlət Yol Polisi İdarəsinin Zabrat Müayinə Mərkəzində oldum. Çox qayğı ilə və diqqətlə maşının hər detalına baxdılar.

Müəyyən məsləhətlər verdilər. Gözəl işgüzar mühit yaradıldığına görə mərkəzin rəisi cənab Mərdan Əliyevə “Əsgər Ailələrinə Dəstək” ictimai birliyi adından minnətdarlığımı bildirirəm.Niyə ib adından edirəm. Çünki məhz bu maşın həssas qruplarla işimi yüngülləşdirir. Zabrat Müayinə Mərkəzi, var olun!!!