Kravçuk: Güzgü effekti ilə cavab verməliyik!

154

Donbasdakı silahlıların atəş açmasına güzgü effekti ilə cavab verilməlidir.

Sosialmedia.az xəbər verir ki, bunu Ukraynanın sabiq prezidenti, Donbasla bağlı üçtərəfli təmas qrupundakı Ukrayna nümayəndə heyətinin rəhbəri Leonid Kravçuk Leonid Kravçuk deyib.

“Hər atəşə atəşlə cavab verilməlidir. Bunun təxribat olub-olmadığı barədə düşünmək lazım deyil. Onlar atəş açırlarsa, eyni şəkildə cavab vermək gərəkdir. Birinin öldürülməsini və ya yaralanmasını gözləməməliyik”, – deyə o bildirib.

Kravçukun sözlərinə görə, qarşılıqlı reaksiya sərt olmalıdır, əks halda silahlılar onlara qarşı tətbiq edilən güzəştləri zəiflik kimi qəbul edəcək.