3 ölkə Rusiyaya qarşı hərbi ittifaq yaradır

188

Yaxın vaxtlarda Gürcüstan, Ukrayna və Moldova GUM adı altında hərbi-siyasi ittifaq yaradacaq.

Sosialmedia.az xəbər verir ki, bu barədə Ukraynanın Siyasi Təhlil və İdarəetmə İnstitutunun direktoru Ruslan Bortnik məlumat yayıb.

“GUM ölkələri yaxın gələcəkdə NATO və AB-yə üzv ola bilməyəcəklər, ancaq Avropa bazarlarına inteqrasiya gedəcək və Şimali Atlantika Alyansının hərbi-texniki dəstəyindən istifadə edəcəklər”, – Bortnik bildirib.

Onun sözlərinə görə, bu ittifaq antirusiya istiqamətli olacaq:

“Bu da məntiqlidir. Çünki hər 3 ölkə Rusiya təcavüzünün qurbanı olub və onların əraziləri Moskvanın işğalı altındadır. İttifaq ABŞ-ın maliyyə və hərbi-texnoloji dəstəyinə ümid edə bilər. Yəqin ki, bu fikir Vaşinqton tərəfindən aktiv dəstəklənir”.