Əməkdaşlıq yalnız elan edilir, əslində isə…

142

Belarus tərəfdaşları ilə hörmət və qarşılıqlı anlaşma prinsipləri üzərində dialoq qurur.

Sosialmedia.az xəbər verir ki, bunu Belarusun ATƏT-dəki nümayəndəsi Sergey Raçkov bildirib.

“Biz universal prinsipləri rəhbər tuturuq. Qarşılıqlı hörmət, anlaşma, daxili işlərə müdaxilə etməməyə əsaslanan dialoq qururuq və eyni qaydada bizimlə də davranılmasını istəyirik. Son vaxtlar beynəlxalq münasibətlərdə nələrin baş verdiyini görürsünüz. Əməkdaşlıq yalnız elan edilir, amma əslində təzyiq, sanksiyalar tətbiq edilir”, – Raçkov qeyd edib.