Arktika ölkələri 7 il sonra yenidən toplanır – Rusiya

141

Arktika bölgəsi ölkələrinin ümumi qərargahlarının nümayəndələri arasında təhlükəsizlik məsələsində 2014-cü ildən bəri dayandırılmış dialoq mütəxəssis müzakirələri ilə başlaya bilər.

Sosialmedia.az xəbər verir ki, bunu Rusiyanın Arktika Şurasındakı daimi nümayəndəsi Nikolay Korçunov bildirib.

O qeyd edib ki, Rusiya artıq Arktika zonasında yumşaq təhlükəsizlik məsələlərinə diqqət yetirən Arktika Şurası kimi əsas qurumlar yaradıb.

Qeyd edək ki, Arktika Şurası 1996-cı ildən bəri fəaliyyət göstərən Arktika dövlətlərinin hökumətlərarası bir təşkilatdır. Şuraya Danimarka, İslandiya, Kanada, Norveç, Rusiya, ABŞ, Finlandiya və İsveç daxildir.