Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə etiraz aksiyası keçirilir

132

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunun Kəpənəkçi kəndində sakinlər etiraz aksiyası keçirirlər.

SosialMedia.az-ın Gürcüstan bürosunun xəbərinə görə, kənd sakinləri 9 ay öncə həbs edilən həmkəndliləri, 29 yaşlı Niyaməddin Mehdiyevin səhhətində olan problemlə əlaqədar müalicə ala bilməməsinə etiraz edirlər.

Yaxınlarının sözlərinə görə, ürəyindən əməliyyat olunan N. Mehdiyevin səhhəti ilə maraqlanan yoxdur.  Kənd sakinləri tələbləri qəbul edilmədiyi təqdirdə mərkəzi yolu bağlayacaqlarını bildiriblər.