Ərdoğanla görüşməliyəm, çünki danışmalıyıq – Miçotakis

233

Yunanıstan Baş naziri Kiriakos Miçotakislə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olacaq.

Sosialmedia.az xəbər verir ki, bu barədə yunan baş nazir özü məlumat verib.

O qeyd edib ki, Ərdoğanla mütləq görüşməlidir:

“Ərdoğanla bir araya gələcəyəm. Bunun nə vaxt olacağını deyəcək durumda deyiləm. Görüş olacaq, çünki danışmağımız lazımdır. Bunun gecikməyəcəyinə inanıram”.