İkinci Dünya və Böyük Vətən müharibəsi: Böyük qələbəni tarixdən silmək cəhdlərinin milli təhlükəsi

3789

Azərbaycanın tarixi böyük qələbələrlə zəngindir. Müəyyən dövrlərdə işğala məruz qalsa da, Azərbaycan böyük qələbələrlə hər zaman adından söz etdirməyi bacarıb. Son olaraq 44 günlük Vətən müharibəsində qazanılan böyük zəfər bunun bariz nümunəsidir.

90-ları çıxsaq, ondan əvvəli dövrlərdə də Azərbaycan dünya miqyasında böyük uğurlara imza atıb. Söhbət müstəqillik dövründən əvvəl, İttifaq dönəmindən gedir.

İstər İkinci Dünya, istərsə də Böyük Vətən Müharibəsində Azərbaycanın fəaliyyətinin nə dərəcədə böyük olduğunu tarixçilər dəfələrlə önəmlə vurğulayıb. Doğrudur, Azərbaycan, eləcə də SSRİ-nin tərkibində olan digər ittifaq ölkələri bu müharibələrdə birgə mübarizə aparıb, amma bütün tarixi faktlar müharibə dönəmində Bakı neftinin həlledici rola sahib olduğu vurğulanır.

Hər iki müharibə dünya miqyasında aparılıb və qazanılan qələbə Rusiya qədər Azərbaycan da pay sahibidir. Digər ittifaq-MDB ölkələri də bu qələbədə müəyyən paya sahib olsalar da, bəzi dövrlərdə tarixi qələbə ilə bağlı qeyri-adekvat səslər gəlir.

Müharibə tarixinə qısa nəzər salsaq, görərik ki, İkinci Dünya və Böyük Vətən Müharibəsi MDB ölkərinin tarixində mühim dönüş nöqtəsidir. Bu gün isə bir sıra postsovet ölkələrində İkinci Dünya və Böyük Vətən Müharibəsinin tarixdən silmək cəhdlərinə rast gəlirik.

Tarixi silmək və ya dəyişdirmək ən yaxşı halda həmin xalqın qazandığı qələbəyə kölgə salmaqdır. Digər tərəfdən isə bu məsələdə maraqlı olan Almaniyadır ki, uğradığı böyük məğlubiyyəti unutdurmağa cəhd edir.

Qələbəni unutdurmaq, buna cəhd etmək milli və dövlət təhlükəsizliyi baxımında da təhlükə vəd edir. Bir dövləti, milləti məhv etməyin ən asan yolu onun tarixini, əldə etdiyi uğuları silmək, unutdurmaqdır. Buna qətiyyən yol vermək olmaz.

Bu tarixin unudulması faşizmin yenidən vüsət almasına zəmin yarada bilər ki, bu da bütün dünya dövləti, o cümlədən postsovet ölkələri üçün ciddi təhlükə vədd edir. Çünki İkinci dünya müharibəsinin ən başlıca yekunlarından biri məhz faşizmin ictimai-siyasi sistem kimi yer üzündən silinməsidir.

Digər tərəfdən bu, , İkinci Dünya və Böyük Vətən Müharibəsi qurbanlarının xatirəsinə sayqısızlıqdır. Qeyd edək ki, İkinci dünya müharibəsi müharibələr tarixində ən dəhşətli və dağıdıcı müharibə hesab olunur. Müharibə zamanı 60 milyondan çox adam tələf olub ki, onlardan 27 milyonu SSRİ vətəndaşıdır.

Həmin dövrdə isə SSRİ 11 dövlətdən: Rusiya, Belarusiya, Ukrayna, Azərbaycan, Gürcüstan, Ermənistan, Özbəkistan, Türkmənistn, Tacikistan, Qırğızıstan və Qazaxıstandan ibarət ittifaq idi. Bu isə müharibə qurbanlarının içində bu 11 respublikanın vətəndaşları olduğunu göstərir.

Bu isə bütün SSRİ-ya daxil olmuş respublikalar müstəqildir və müstəqil dövlət siyasəti həyata keçirirsələr də, tarixi qələbədə pay sahibidirlər. Digər tərəfdən dünya üçün böyük təhlükə hesab olunan faşizmin bitirlməsində önəmli rola malikdirlər. Məhz bu amilin yenidən dirçəlməsi və dünya üçün yeni təhdid yaratmaması üçün İkinci Dünya və Böyük Vətən müharibəsində əldə olunan qələbə postsovet ölkələrində daim zəfər gündəliyində saxlanılması vacibdir.

Faşizmin təhlükələri Ermənistanın apardığı fəaliyyət fonunda bu gün açıq formada görünür. “Erməni faşizmi bütün dünya üçün təhlükədir” fikri təsadüfi seçilmiş cümlə deyil.
Bir faktı demək kifayt edir ki, Azərbaycanın həm də faşizm zehniyyəti ilə mübarizə apardığı aydın görünsü. Ermənistan İrəvanın mərkəzində terrorçu, faşist ideologiyanın daşıyıcısı və tətbiqçisi olan Qaragin Nijdeyə heykəl ucaltdı.

Bu, həm də dünyaya ermənilərin hansı ideologiyanın daşıyıcısı olduğunu göstərən bariz numənədir.

Bu gün Azərbaycanın işğaldan azad etdiyi torpaqlarında görünən mənzərə də faşizmin əsas nümunəsidir. Dağılmış yaşayış məskənləri, dini, mədəni abidələr, talanan sərvətlər və digər amillər faşizmin bir dövlət və millət üçün hansı təhlükələri yarada biləcəyindən xəbər verir. Bu baxımdan qazanılan qələbələr, xüsusilə də faşizmin bitirilməsi baxımından önəmli olan zəfər tarixləri daim yaşadılmalı və faişizmin ayaq açmaması üçün bütün dünyada bu ideologiyanın potensial daşıyıcılarına göstərmək lazımdır.

Azərbaycanın bu istiqamətdəki fəaliyyəti kifayət qədər uğurlu nümunədir. Təkcə onu demək kifayət edər ki, Azərbaycanda mütəlif illərdə İkinci Dünya və Böyük Vətən müharibəsindən bəhs edən 8 film çəkilib.

Biz Bakını müdafiə edirik (film, 1942), Əsgər atası (film, 1964), Zabitlər (film, 1971), Şəfəqlər burada sakitdir (film, 1972), Bakıda küləklər əsir (film, 1974), Bir-iki, əsgərlər getdi… (film, 1976), Ulduz (film, 2002) və Üç qız (film, 2005) filmi bu gün də İkinci Dünya və Böyük Vətən müharibəsinin təbliğinda önəmli yerə sahibdir. Digər postsovet ölkələrində də faşizm üzərindəki böyük qələbəni təbliğ edən bu cür fəaliyyətlər olmalı və 9 May Qələbə Günü qeyd olunmalıdır. Çünki 9 May Qələbə Günü təkcə SSRİ-nin varisi hesab olunan Rusiyanın deyil, bütün postsovet ölkələrinin qələbəsidir.