Bu marşrut xəttində gediş haqqı azaldıldı

239

Bakı Nəqliyyat Agentliyi vətəndaşların rahatlığını nəzərə alaraq M8 ekspress marşrut xəttini (Maştağa qəsəbəsi – “Gənclik” metro stansiyası) adi rejimə keçirib.

Sosialmedia.az xəbər verir ki, bu barədə Agentliyin İdarə Heyətinin sədri Vüsal Kərimli Tvitter-də yazıb.

“Daimi sərnişinlərimizə xidmət edəcək xətt üzrə gediş haqqı tarifi 0.40 AZN-dən 0.35 AZN-ə dəyişdirilib”, – V. Kərimli bildirib.