Praqa-Moskva münasibətləri düzəlməyəcək – Çexiya XİN

245

Moskva ilə Praqanın münasibətləri çətin mərhələdədir və onun yaxın perspektivdə həllinə ümid etmək xəyali yanaşmadır.

Sosialmedia.az xəbər verir ki, bu sözləri Çexiyanın xarici işlər naziri Yakub Kulqanek deyib.

“Gələn həftə mən bütün siyasi partiyaların sədrlərinə müraciət edəcəyəm ki, onlar xarici siyasət məsələləri üzrə ekspertlər təyin etsinlər və mən Xarici İşlər Nazirliyində Çexiya-Rusiya münasibətləri mövzusunda qapalı dəyirmi masalar təşkil edəcəyəm”, – Kulqanek bildirib.

Onun sözlərinə görə, partiya ekspertləri Rusiya ilə münasibətlərin hansı şəkildə qurulacağına dair suallara cavab axtaracaqlar.