Jurnalistlərlə şəhid ailələrini qarşı-qarşıya qoyanlar təxribat törədirlər

166

Son zamanlar cəmiyyətimizdə şəhid ailələri və jurnalistləri üz-üzə qoymaq istəyən qüvvələr ciddi fəaliyyətə başlayıb.

Gərginliyi yaratmaq üçün isə, jurnalistlər üçün tikilən evdəki mənzilləri onlara yox, şəhid ailələri və qazilərə verilməsi təklif olunub. Güman etmək olar ki, bu təklifləri cəmiyyətimizdə qarşıdurma yaratmaq istəyən ideoloqlar irəli sürüb və onların əlaltıları icra etməyə başlayıblar.

Məsələnin mahiyyəti
Başlayaq ondan ki, jurnalistlər üçün evin tikilməsi ideyası Prezident İlham Əliyeva məxsusdur. Məhz onun təşəbbüsü ilə Azərbaycanda jurnalistlərə dövlət hesabına çoxmənzilli binanın tikilişinə başlandı və həmin mənzillər tanınmış jurnalistlərə verildi. Hər halda mənzillər məhz bu kriteri əsasında jurnalistlərə təqdim olunmalı idi.

Bu ideyanın irəli sürülməsi jurnalistlərin böyük əksəriyyətinin maddi cəhəddən çətinlik çəkməsi və halallıqla qazandıqları məvacibləri hesabına şəxsi mənzil almaq iqtidarında olmadıqlarından irəli gəlirdi. Vəziyyəti nəzərə alan Dövlət Başçısı jurnalistlərə mənzillərin verilməsi təşəbbüsünü irəli sürdü və bununla da bir çox jurnalist ailəsinə sevinc, daha çox jurnalist ailəsinə isə ümüd bəxş etdi.

Lakin adətən olduğu kimi, bu layihənin də icrasında iddiaçıları narazı məqamlar oldu. Amma bu başqa araşdırmanın mövzusudur. Hazırda baş verənlər bütün o haqslzlıqları belə kölgədə qoyub. Yüzlərlə, bəlkə də minlərlə jurnalistin ümüdlə göz dikdiyi binanın tikintisi başa çatdığı anda mənzillərin jurnalistlərə verilməməsi təklifi səsləndirildi. Və təklif özünü journalist adlandıran şəxslərin özü tərəfindən gəldi.

Həmin şəxslərin necə jurnalist olması, maddi vəziyyəti və sair başqa yazının mövzusudur. Hazırda isə vacib olan bir məqam var: İndiki mərhələdə cəmiyyətimizdə iki həssas və dövlətin qayğısına ehtiyyacı olan qrupu üz-üzə qoymaqkimə lazımdır? Hər iki qrupun ev problemini həll etmək mümkündürmü?
Problemin həlli mümkündür.

Düşünürəm ki, məsələnin süni olaraq yaradılması müstəqil düşünmək qabiliyyətinə malik olan hər bir şəxsə aydındır. Odur ki, bunun üzərində çox dayanmaq niyyətim yoxdur. Əsas məsələ problemin həlli yolunu tapmaq və hər iki qrupun maraqlarının təmin olunmasını təmin etməkdir.
Bəri başdan qeyd edək ki, jurnalistlərin binasının onların əlindən alınması problemin həlli deyil.

Əvvəla mənzilə ehtiyyacı olan şəhid ailələri və qazilərin sayı həmin binadakı mənzillərin sayından qat-qat çoxdur.
2-cisi, mənzillərin jurnalistlərin “əlindən alınması” bu sahədə çalışan insanrın problemlərinin aradan qaldırılmasına ciddi zərbə olacaq;

3-cüsü, bu addım şəhid ailələri və qazilərimizin özünü narahat hiss etməsinə səbəb olacaq. Çünki onlar özünü kiminsə haqqına girmiş kimi hiss edəcəklər. Özü də imkanlı, milyonlara sahib olan, ölkəmizin və hətta dünyanın müxtəlif bölgələrində imarətlərə sahib olan şəxslərin yox, elə onlar kimi imkansız, Vətənini sevən və ona vicdanla qulluq edən şəxslərin haqqına.
Odur ki, məsələnin həlli dövlətin hesabına həll olunmalıdır.

Tikinti biznesində çalışan sahibkarlar hər tikdikləri binadan şəhid ailələri və qazilərimiz üçün mənzillər ayırmalıdır.
Dövlət hesabına mənzillə təmin olunan şəxslərin sırasında şəffaflığın təmin edilməsi üçün siyahılar əvvəlcədən müəyyənləşdirilməli və ictimaiyyətə təqdim olunmalıdır.
Bütün bunların həyata keçirilməsi Qafqazın ən güclü iqtisadiyyatına malik olan Azərbaycan üçün böyük problem deyil.

Dövlətdən bu qayğını gözləmək və ummaq hər bir şəhid ailəsi və qazinin haqqıdır!
Jurnalistlər üçün tikilən binadan mənzil almaq buna ehtiyyacı olan hər bir vicdanlı jurnalistin HAQQIDIR!
Müəllif : Nadir Şəfiyev