Ağsuda dağlıq ərazidə baş verən yanğın söndürüldü

140

Ağsu rayonu, Gəgəli kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb.

Sosialmedia.az xəbər verir ki, yanğınsöndürmə əməliyyatlarında Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələri və Aviasiya dəstəsinin helikopteri fəaliyyət göstərib.

Ümumilikdə 300 hektar ərazidə baş vermiş yanğın nəticəsində quru ot, kol-kos və biçilmiş taxıl sahəsi yanıb.