Hərbi hissədə 3 erməni hərbçinin meyiti tapıldı

169

Ermənistanın cənub-şərqində yerləşən hərbi hissələrdən birində 3 hərbi qulluqçunun meyiti aşkarlanıb.

Sosialmedia.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, 2002-ci il təvəllüdlü – Murad Muradyan, Levon Arutyunyan və Qor Sarkisyanın cəsədi aşkarlanıb.

Hadisənin səbəbləri araşdırılır.