COVİD-19 pasportu belə yoxlanılacaq – Mehdiyev

272

COVİD-19 pasportunun yoxlanılması üçün ASAN İcazə mobil tətbiqi hazırlanıb.

Sosialmedia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərargahın bugünkü brifinqində deyib.

O bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən, yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində, mehmanxanalarda, iri ticarət mərkəzlərində – qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVİD-19 pasportu olduğu halda istifadə edə bilərlər:

“Yaşı 18-dən yuxarı olan şəxslərin COVİD-19 pasportunun olub olmaması Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılan ASAN İcazə mobil tətbiq vasitəsilə yoxlanılacaq. Yalnız COVİD-19 pasportu olduğu təqdirdə şəxs qeyd olunan məkanlara buraxılacaq”.