Badamdarda dağlıq ərazidə yanğın başladı

171

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ağaclıq ərazidə kol-kos və quru ot yanır.

Sosialmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.