Qoca Səmədov həbsdən azad edildi

125

Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov səhhəti ilə əlaqədar həbsdən azad edilib.

Sosialmedia.az xəbər verir ki, bu barədə Trend-ə təqsirləndirilən şəxsin vəkili Elnur Vəliyev məlumat verib.

O bildirib ki, sabiq icra başçısının vəziyyəti həbsdə kəskin pisləşib və o, Şəki Şəhər Mərkəzi Xəstəxanasına köçürülüb: “Orada bildirdilər ki, Qoca Səmədov təcili ürək əməliyyatı keçirməlidir. Ona görə də təqsirləndirilən şəxs Bakı şəhərinə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirildi. İki gündür vəziyyəti ağırdır, anjioqrafiya olundu və diaqnoz qoyuldu ki, o ürək əməliyyatına salınmalıdır. Hazırda klinikada bununla bağlı hazırlıq görülür”.

Vəkil deyib ki, Qoca Səmədiovun vəziyyəti pisləşdiriyindən məhkəmə onun barəsində başqa yerə getməmək qərarı çıxarıb və həbsdən azad edib.