Qarabağda yeni iş yerləri: əlavə tədbirlər olacaq

136

Maaşlar vətəndaşlarımızı razı salmalı, onların işinin əvəzi olmalıdır.

Sosialmedia.az bildirir ki, Bu sözləri Axar.az-a aıqlamasında iqtisadçı, millət vəkili Aydın Hüseynov işğaldan azad edilən ərazilərdəki iş yerləri elanında maaşın az olması haqda müzakirələrə münasibət bildirərkən deyib.

O bildirib ki, işğalan azad olunmuş ərazilərimizdə hər bir nüans nəzərə alınacaq:

“Dövlətin dəstəyi ilə oraya köçən soydaşlarımız təsərrüfatla məşğul olacaq və yeni iş yerləri açılacaq. Tam əminliklə deyə bilərəm ki, hər zaman olduğu kimi, öz ata-baba yurdlarına qayıdan soydaşlarımızın fəaliyyət göstərməsi üçün dövlət tərəfindən lazımlı şəkildə şərait yaradılacaq və qayğıyla əhatə olunacaq”.

Qeyd edək ki, işğaldan azad olunan ərazilərimizdə iş yerləri ilə bağlı elan verilib. Maaş isə 250-1700 manat arasındadır.