Ceyhun Bayramov Türkiyəni təbrik etdi

170

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 29 Oktybar Türkiyənin milli bayramı – Respublika Günü münasibəti ilə qardaş ölkəni təbrik edib.

Sosialmedia.az xəbər verir ki, nazir bu barədə Tvitterdə paylaşım edib.

“Bu gün Türkiyə Cümhuriyyətinin qurulmasının 98-ci ildönümüdür. Bu özəl və əlamətdar gündə qardaş Türkiyəni ürəkdən təbrik edir və hər zaman var olmasını diləyirik. İstiqlal mücadiləsində canından keçmiş bütün Şəhidlərimizi dərin ehtiramla yad edirik”, – XİN başçısı bildirib.