Xəzər küləyindən necə istifadə etmək olar? – Nazir

136

Azərbaycanda Xəzərin külək potensialının istismarı üzrə yol xəritəsi hazırlanır. Onu Beynəlxalq Maliyyə Korporasiyası, müvafiq mütəxəssis qrupları ilə birlikdə hazırlayırıq.

Sosialmedia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında energetika naziri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, yeni hazırlanacaq yol xəritəsi hərtərəfli olacaq:

“Əsas məqsədi odur ki, Xəzərdəki çox böyük külək enerjisinin potensialının istifadəsi necə mümkün ola bilər. Onun ən yaxşı yolunu axtarıb tapmaq lazımdır. İqtisadi, yüksək texnologiyaların istifadəsi, kommersiya nöqteyi-nəzərdən də cəlbedici olması lazımdır ki, müvafiq investisiya layihələri həyata keçirilə bilsin”.