Qorxduğumuz başımıza gəldi – Parsyan

154

Təəssüf ki, qorxduğumuz başımıza gəldi.

Sosialmedia.az xəbər verir ki, bunu Qafan meri Gevork Parsyan Çakatendə bu gecədən etibarən Azərbaycan nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

“Bu, bizim üçün çox ciddi problemdir, çünki yol bağlanıb və bu qəsəbələrin, ümumiyyətlə, alternativ yolu yoxdur. Yeganə variant Mehri vasitəsilədir. Faktiki olaraq 7-8 kilometrlik Qafan yolu 150 km uzanacaq. Yeganə qısa alternativ yol 90-cı illərdə tikilən çətin keçilən yoldur, bunun da üzərində işləmək lazım gələcək. 6 kəndin əhalisinin qayğısına qalmalıyıq. Məndə tam məlumat yoxdur. Az öncə öyrəndim ki, Azərbaycan öz nəzarətində olan yolda gömrük məntəqəsi qurur. Vətəndaşlarımızın oradan keçməsi nə dərəcədə məqsədəuyğun olacaq, bu barədə ayrıca deyəcəyəm”, – Parsyan bildirib.