Pensiya yaşı azaldılsın – Deputat

202

Azərbaycanda pensiya yaşının azaldılması vacibdir. Qadınların pensiya yaşının 65-ə çatdırılması prosesi isə dayandırılmalıdır.

Sosialmedia.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Əli Məsimli deyib.

“Azərbaycanda orta ömür uzunluğu inkişaf etmiş ölkələrdən xeyli aşağıdır, amma pensiya yaşı onlarla eyni səviyyədədir”, – millət vəkili bildirib.