Naftalanda gənc oğlan intihara cəhd edib

177

Naftalanda gənc oğlan intihara cəhd edib.

Sosialmedia.az “Report”a istinadən məlumatına görə, hadisə Naftalan şəhərində yerləşən beşmərtəbəli binaların birində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü E.Süleymanov özünü yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq intihara cəhd edib.

Ağır xəsarət alan gənc Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.