Bolqarıstanın Struma şosesində Şimali Makedoniyadan gələn turistlərin olduğu avtobus qəzaya uğrayaraq yanıb.
Sosialmedia.az xəbər verir ki, bu barədə BGNES agentliyi məlumat yayıb.
Hadisə yerində 45 nəfər, o cümlədən 12 uşaq həlak olub. Qəza zamanı avtobusda 52 nəfər olub.
NOVA telekanalı isə hadisə nəticəsində 46 nəfərin öldüyünü açıqlayıb. Ölənlər arasında avtobusun sürücüsü də var.
Qəza zamanı daha 7 nəfərin xəsarət aldığı bildirilir. Onlardan 2-si qadın, 5-i kişidir. Yaralılar Sofiyadakı xəstəxanaya yerləşdirilib.
Hadisə yerində təhqiqat işləri davam edir.
Şimali Makedoniyanın Baş naziri Zoran Zaev qəza ilə bağlı başsağlığı verib.