COVİD- 19 və PSİXİ SAĞLAMLIQ” mövzusunda seminar keçirilib -FOTOLAR

277

Dekabrın 13-də “Ümumdünya psixi sağlamlıq günü” ilə əlaqəli COVİD- 19 pandemiyasının psixi sağlamlığa olan təsirləri və eləcə də əhalinin psixi sağlamlığının qorunmasına dair “COVİD- 19 və PSİXİ SAĞLAMLIQ” mövzusunda seminar keçirilib.

Sosialmedia.az xəbər verir ki, seminar Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin Regional Vərəm Proqramı TB REP 2.0 çərçivəsində Sağlamlığa Xidmət İB və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Seminarı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ” İcmaya əsaslanan sağlamlıq” proqramının və Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun dosenti təlimçi Mətanət Qaraxanova aparıb.

Vərəm Əleyhinə Tibb Müəssisələrinin tibb bacıları və QHT nümayəndələrinin iştirak etdiyi seminar interaktiv formada baş tutub
Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunub və xatirə şəkilləri çəkilib.