Bakıda 16 avtobus gecikmə ilə hərəkət edir

146

Hazırda paytaxt yollarında, xüsusəndə əsas ictimai nəqliyyat dəhlizləri hesab edilən küçə və prospektlərdə avtomobillərin hərəkətində sıxlıq müşahidə edilir.

Sosialmedia.az bildirir ki, Bakı Nəqliyyat Agentliyindən (BNA) Axar.az-a verilən məlumata görə, bu səbəbdən bir sıra istiqamətlərdə müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət intervalında ləngimə yaranıb.

Heydər Əliyev prospekti şəhər istiqamətində bir neçə yerdə fasilələrlə hərəkətə tətbiq edilən məhdudiyyət səbəbindən tıxac müşahidə edilməkdədir. Hazırda 1, 38, 13, M3, M8 marşrutlarından 16 ədəd avtobus tıxac qalıb və hərəkət qrafikindən gecikir.

Ziya Bunyadov prospektində 20 Yanvar istiqamətdə isə 11, 24, 7A, 7B N-li münətəzəm marşrut xəttindəki avtobuslararası intervallarda gecikmələr müşahidə olunur.

Həmçinin Bakı Sumqayıt şossesi mərkəz istiqamətdən keçən 2, 7A, 13, 14, 18, 29, 37, 65, 83, 92, 96, 114A, 114B, 135, 199 N-li müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda da gecikmələr yaranıb.